İlham Əliyev Latviyanın keçmiş Prezidentini qəbul edib FOTO

İlham Əliyev Latviyanın keçmiş Prezidentini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Latviyanın keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Söhbət zamanı əməkdaşlığımızın daha da inkişaf etdirilməsində Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə