"Kim günahkardısa öz cəazsını çəkəcək"

İbrahim Əliyev: “Leyla Yunus və Arif Yunus kimi şəxslərdən soruşmaq lazım idi ki, ziddiyətli mövqeylərinizlə nəyə nail olmaq istəyirsiniz?”
"Kim günahkardısa öz cəazsını çəkəcək"

"Dövlət orqanları öz işlərini çox gözəl bilirlər. Yəni, hər hansı bir şəxsin hüquq mühafizə orqanlarına məsləhət verməsi, yol göstərməsi qeyri-məqbuldur". Bu fikirləri SİA-ya açıqlamasında Tətbiqi Tədqiqatlar Fondunun prezidenti İbrahim Əliyev Rauf Mirqədirovun Leyla Yunus və Arif Yunusla birgə "xalq diplomatiyası" adı altında erməni kəşfiyyatına casusluq etmələrinə münasibətini açıqlayarkən deyib.

Hüquq mühafizə orqanları baş verən cinayət hadisəsi ilə bağlı kimin nə vaxt saxlamasını, dindirməsini çox gözəl bildiyini deyən QHT təmsilçisi onu da bildirib ki, bütün bu kimi olaylara mütləq hüquqi qiymət veriləcək: "Təbii ki, R.Mirqədirovov kimi şəxslərin bu cür işlərdə əli olubsa, şübəsiz ki, məsələ araşdırılıb, hüquqi qiymət verilməlidir. L.Yunus və A.Yunus kimi şəxslərdən soruşmaq lazımdır ki, ziddiyətli mövqeylərinizlə nəyə nail olmaq istəyirsiniz? Şübhəsiz bu məsələdə kim günahkardısa öz cəazsını çəkəcəkdir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə