Hikmət Babaoğlu: “Heç kimin peşəsi ona qanun qarşısında əlahiddə status vermir” RƏY

Hikmət Babaoğlu: “Heç kimin peşəsi ona qanun qarşısında əlahiddə status vermir” RƏY

"Azərbaycan Respublikasında peşə mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş dövlətin qanunlarına uyğun şəkildə fəaliyyətini tənzimləməlidir". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Rauf Mirqədirovun həbsindən sonra "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlının onu sona qədər müdafiə edəcəyi iddiasına münasibətini açıqlayarkən deyib.

Hikmət Babaoğlu bildirib ki, əgər hansısa jurnalist etik davranış qaydalarını pozursa bu, həmin jurnalistin peşəsinə hörmətsizlik etdiyindən xəbər verir: "Buna görə də mütləq qanun qarşısında cavab verməlidir. Heç kimin peşəsi ona cəmiyyətdə qanun, hüquq qarşısında əlahəddə status vermir. Əgər müvafiq dövlət qurumları hər hansı bir məsələdə qərar qəbul edirsə, onun hansı nəticə ilə başa çatacağını gözləmək lazımdır".

Hikmət Babaoğlu onu da qeyd edib ki, baş redaktorun bu kimi fikirlər səsləndirməsi doğru deyil: "Əsla belə məsələlərdə müvafiq dövlət qurumlarının işlərinə müdaxilə ediləcək kimi başa düşülən fikirlər səsləndirməməlidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə