Aydın Mirzəzadə: “Bütün bunlar tarixən Azərbaycan xalqının başına gəlib” AÇIQLAMA

Aydın Mirzəzadə: “Bütün bunlar tarixən Azərbaycan xalqının başına gəlib” AÇIQLAMA

"1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə dahi şəxsiyyət Heydər Əliyevin mayın 10-da qeyd ediləcək 91 illik yubileyi münasibətilə danışarkən deyib.

Parlament üzvünün sözlərinə görə, 1993-cü ilin 15 iyununda Ümummilli lider Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəlməsəydi, ölkəmizi bir çox böyük problemlər gözləyirdi: "Bunların içərisində isə dəhşətlisi Azərbaycanın yenidən dövlət müstəqilliyini itirməsi qorxusu idi. Əgər biz yadımıza salsaq görərik ki, Ulu Öndər hakimiyyətə gəlməmişdən öncə ölkəmizdə Dağlıq Qarabağ problemi və Azərbaycanın cənubunu parçalanmaq təhlükəsi və digər separatçılıq meylləri mövcud idi. Ümumilikdə götürdükdə isə 1990-cı illərin ortasında artıq müstəqil Azərbaycan dövləti olmayacaq idi. Bütün bunlar tarixən Azərbaycan xalqının başına gəlib.

Hər bir dövrdə qətiyyətli və cəmiyyəti birləşdirə bilən fiqurun olmaması ölkə xalqına bu cür acı tale yaşadıb. Bununla belə Azərbaycan xalqı nə özünün potensialını, nə mədəniyyətini, nə tarixini, nə də ki qrup yaratmaq qabiliyyətini heç cür halda göstərə bilməyəcəkdi. Beləcə, Azərbaycan xalqının təbii sərvətləri trans-milli şirkətlərin və digər dövlətlərin xeyrinə istifadə ediləcəkdi və Bakı-Tbilisi-Ceyhan neft kəmərindən və yaxud Xəzər dənizində bir-birinin ardınca kəşf edilən neft və qaz yataqlarından danışmağa belə dəyməzdi. Hətta 200 illik fasilədən sonra Azərbaycan xalqına verilən müstəqillik şansı belə qısa bir zamanda özünün reallaşmaq imkanını itirəcəkdi".

Bütün xəbərlər Facebook səhifəmizdə