Aydın Hüseynov: “Ermənistan nə qədər tez anlasa, onun özü üçün yaxşı olar”
"Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistanın ona qarşı ərazi iddiası səbəbindən yaranan və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir". Bu sözləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı qətiyyətli çıxışına münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən ölkənin xarici siyasətindəki prioritet istiqamətlərdən biri bu konfliktin aradan qaldırılmasıdır: "Münaqişə artıq 20 ildir ki, davam edir, lakin danışıqlar prosesini sürətləndirmək üçün 1999-cu ildən etibarən Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyələrdə birbaşa görüşlər keçirilir. Belə görüşlər prezidentlər, onların xüsusi nümayəndələri və xarici işlər nazirləri səviyyəsində yola saldığımız 2013-cü ildə də davam etdirilib. Bu dialoq sayəsində münaqişənin həllinə dair müəyyən məsələlərlə bağlı bəzi ümidverici nəticələr əldə edilib. Son illər erməni diplomatiyası öz xislətlərinə uyğun "unikal" siyasət sərgiləyir. Erməni rəsmiləri hətta dövlət başçısı səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı azərbaycanlı və türkiyəli həmkarları ilə danışıqlardan boyun qaçırmaq üçün "qarın ağrısı"na düşür. Ermənistanın bu siyasəti artıq bir şakərə çevrilib və təbii ki, səbəbsiz deyil. Çünki, ermənilər yaxşı anlayır ki, bu gün güclü Azərbaycanla bir masa arxasında oturmaq və əsassız iddialar yürütmək iqtidarında deyil və nəticə etibarilə "biabır olmaqdansa gizlənmək daha yaxşıdır" prinsipinə üstünlük verir".
Danışıqlar prosesində Azərbaycanın tutduğu prinsipial mövqenin ərazi bütövlüyümüzün bərpa edilməsindən ibarət olduğunu deyən A.Hüseynov bildirib ki, Prezident İlham Əliyev bu yolda heç bir güzəştə gedilməyəcəyini dəfələrlə bəyan edib. YAP Siyasi Şurasının üzvü həmçinin qeyd edib ki, rəsmi İrəvan həm Bakının bölgədə uğurla reallaşdırdığı nəhəng iqtisadi layihələrdən bəhrələnmək istəyir, həm də işğal etdiyi Azərbaycan torpaqlarından əl çəkmir: "Bu baxımdan da çıxışı zamanı dövlət başçısı bildirdi ki, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu reallıqdır. Ona görə biz daha güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Ona görə də, bu həqiqəti, iqtisadiyyatı tənəzzül həddində olan Ermənistan nə qədər tez anlasa, onun özü üçün yaxşı olar. Çünki Azərbaycanın iqtisadi gücü və müdafiə potensialı sayəsində bölgədəki siyasi proseslərə təsir imkanları ildən-ilə atır və Ermənistana qarşı olan bu dözümlülük daimi olmayacaq. Erməni tərəfi bu cür fürsəti növbəti ildə də qaçırsa ölkənin gələcək taleyi böyük sual altına düşəcək. Çünki suverenliyini və ərazi bütövlüyünü istənilən yolla bərpa etmək Azərbaycan dövlətinin müstəsna haqqıdır və bu haqqı onun əlindən heç kim ala bilməz".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB