AXCP-Müsavat qaşıdurmasında Ukrayna izi

AXCP-Müsavat qaşıdurmasında Ukrayna izi
AXCP sədri Əli Kərimlinin Ukrayna mövzusunda çıxış etməsi cəbhəçi-müsavatçı qarşıdurmasına yenidən təkan verib. Belə ki, Əli Kərimli Ukrayna hakimiyyətini qətiyyətsizlikdə ittiham edib və Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı onun fikirlərini ciddi hesab etmədiyini deyib. SİA-nın məlumatına görə, müsavatçı funksioner deyib ki, Əli Kərimlinin fikirləri absurddur: "Ukrayna hakimiyyətində kifayət qədər təcrübəsi olan insanlar var və onların ən yaxşı məsləhətçiləri də Avropa İttifaqı ölkələridir. Bu baxımdan düşünürəm ki, onlar nə etdiklərini yaxşı başa düşürlər. Buna görə də səslənən fikirlər absurddur".

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Gülağa Aslanlıya cavabını gecikdirməyib. Cəbhə rəsmisi Gülağa Aslanlını ağılsız adlandırıb: "Kimsə bu doğrunu qəbul etmirsə, bu artıq onun əqli problemi ilə bağlı olan məsələdir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня