“Qitə aşan layihələr" adlı təqdimat mərasimi keçirilib

“Qitə aşan layihələr" adlı təqdimat mərasimi keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində "Türk Dünyası Mühəndislər və Memarlar Birliyi"nin Azərbaycan nümayəndəliyinin açılışı olub. SİA-nın məlumatına görə, mərasim çərçivəsində "Qitə aşan layihələr" adlı təqdimat mərasimi keçirilib. Nümayəndəliyin açılış mərasimindən sonra Universitet ilə "Türk Dünyası Mühəndislər və Memarlar Birliyi" arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Birliyin baş katibi İlyas Dəmirçi Türk dünyası memarlarının ortaq əməkdaşlığının bundan sonra daha da dərinləşəcəyinə əminliyini bildirib.

Mərasim zamanı vurğulanıb ki, "Türk Dünyası Mühəndislər və Memarlar Birliyi"nin Azərbaycan nümayəndəliyi iki qardaş ölkənin alim və mütəxəsislərinin birgə elmi tədqiqatlarının işlənməsində, ümumtürk memarlıq problemlərinin araşdırılmasına, mühəndis və memarların əlaqələrinin artmasında önrəmli rol oynayacaq.

Birlik tərəfindən təsis edilən "Türk dünyası bilim-texnik üstün xidmət mükafatı" Memarlıq və İnşaat Universitetinin rektoruna təqdim edilib. Tədbirdə məşhur memarlıq nümunələrinin təqdimatı da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə