Mövlud Çavuşoğlu: “Fransa blokadaları aradan qaldıra bilər”

Mövlud Çavuşoğlu: “Fransa blokadaları aradan qaldıra bilər”

"Yunanıstanın növbəti sədrliyində Kipr-Yunan icmasının blokadası səbəbindən Avropa İttifaqı ilə bir fəslin açılması mümkün görünmür". SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına qatılmaq məqsədi ilə Yunanıstanın paytaxtı Afinada olan Avropa İttifaqı naziri və Baş müzakirəçi Mövlud Çavuşoğlu deyib.

Yunanıstan Milli Məclisinin sədri Evangelos Meimerakis ilə görüş keçirən Çavuşoğlu problemlərin dialoq yolu ilə həllini tapacağına inandığını bildirib.

Nazir daha sonra Avropa Şurası Parlamentarlar Məclisinin Yunanıstan nümayəndə heyətinin sədri Dora Bakoyanni ilə bir araya gəlib.

Mövlud Çavuşoğlu görüşlərindən sonra təşkil etdiyi mətbuat kofransında deyib ki, Fransa bəlkə blokadaları aradan qaldıra bilər: "Bu il bəzi fəsillərin açılmasını gözləyirik".

Çavuşoğlu Afinada keçirdiyi görüşləri çərçivəsində bu gün Avropa İttifaqından olan bəzi rəsmilərlə də bir araya gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə