Vətəndaş və İnkişaf Partiyası (VİP) "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevin qanuni yolla cəzalandırılmasında iddialıdır. SİA xəbər verir ki, bu barədə partiyadan daxil olan məlumatda qeyd edilib. Məlumatda bildirilib:
"Partiyanın bir neçə üzvü VİP-i və bu partiyanın üzvlərini təhqir etdiyinə görə, "El" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevi məhkəməyə verməyə hazırlaşır".
Qeyd edək ki, VİP sədri Əli Əliyevin "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında keçirilən hazırlıq iclasında məhkəmə işin icraata görtürülməsindən imtina edib. Lakin bundan sonra tərəflər arasında qarşıdurmalar yenidən pik həddə çatıb və tərəflərin söz duellərində kəskin təhqirlər yer alıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB