Yevda Abramov: “Cənab Prezident özünü xalqın xidmətçisi adlandırırsa, hamımız bu yolla getməliyik”

Yevda Abramov: “Cənab Prezident özünü xalqın xidmətçisi adlandırırsa, hamımız bu yolla getməliyik”

"Ümumiyyətlə, məmur övladlarının özbaşnalıqlarını bəyənmirəm, həzm edə bilmirəm. Çünki hər bir məmur xalqın xidmətində olan bir şəxsdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Yevda Abramov məmur övladlarının özbaşınalıqlarının sonda faciələrlə nəticələnməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, məmur ölkə başçısının sərəncamı ilə vəzifəyə gəlirsə nə o, nə də onun övladı özünü heç kimdən üstün tutmamalıdır: "Əgər prezidentimiz ad gününü qaçqın və məcburi köçkünlərlə qeyd edirsə, məmur balaları niyə dəbdəbəli ad günü qeyd etməlidirlər? Bu məmur balaları atalarının hansı maaşıyla, hansı gəliri ilə bu sərvətlərə malikdirlər? Bunların ataları biznes sahəsində fəaliyyət göstərməli olsaydı, bəlkə bu sərvət qəbul edilərdi. Çünki azad bazar iqtisadiyyatı olan bir ölkədə bu normal qarşılanar. Belə harınlamaq bizim xalqa yaraşmır".

Yevda Abramov onu da vurğulayıb ki, məmur balalarının hərəkətləri insanlarda bir növ qıcıq yaradır: "Ən böyük alicənablıq insanın sadəliyidir. Cənab Prezident özünü xalqın xidmətçisi adlandırırsa, hamımız bu yolla getməliyik".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə