Niyaməddin Orduxanlı: “Ukraynadakı çevriliş "yetim müxalifət"i sevindirirdi"
Ukraynada baş verən hadisələr Azərbaycan siyasi mühitində də müzakirə edilir. Ukraynadakı hadisələrin qonşu ölkələr, o cümlədən Azərbaycanla hər hansı bağlığı ola bilərmi? Bu və ya digər məsələlərə aydınlıq gətirən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı SİA-ya acıqlamasında bildirib ki, Ukraynada baş verən hadisələr bir daha onu göstərdi ki, istənilən qanlı inqilab xalqlara faciələr gətirir və heç bir halda Qərb və Avropa Birliyinə güvənmək olmaz : "Ukrayanada inqilabı edən ABŞ, Avropa Birliyi və Böyük Britaniya Ukrayna xalqına xəyanət etdi. Gürcüstanın başına gətirilən oyunlar yenidən təkrar edildi. Bu gün Ukrayna xalqı təkbaşına rus qoşunu ilə üz-üzə dayanıb. Bu inqilabı edənlər Putinin qarşısında aciz vəziyyətə düşüblər. Kliçko və onunla birlikdə inqilabın başında duran şəxslərin atdığı addım onu göstərdi ki, bu şəxslər də xalqı deyil, öz həyat şəraitlərini yaxşılaşdırmaq üçün inqilab ediblər. Onlar Obamadan öhdəliklərini yerinə yetirməyi belə tələb edə bilmirlər". Qərbin dəstəyi ilə hakimiyyətə gəliblər, Qərb də onların müqavimət göstərməsini istəmir. İnqilabçılar ölkəni çətin vəziyyətə qoyublar. Çünki bu halda müharibəyə qatılmaq zorunda qalacaqlar. İnqilabçıların hakimiyyət ehtirası 46 milyonluq ölkəni tam müdafiəsiz bir hala gətirib".
Niyaməddin Orduxanlının sözlərinə görə, rus qoşunlarının beynəlxalq qanunlara məhəl qoymadan Ukraynaya qoşun yeritməsi təhlükəli president yaradır: "Bundan sonra hansı ölkə ABŞ və ya Avropa Birliyinə inanar?! Bütün günü CNN və digər kanalarda təbliğat aparırlar ki, Ukrayna elə Rusiyanın ərazisi imiş. Bu təbliğatı təsadüf hesab etmirəm. Bu artıq o deməkdir ki, Qərb Rusiyanın qarşısında aciz vəziyyətdədir. Ukrayna xalqı ərazi bütövlüyü üçün vuruşmalıdır. Xalq öhdəliyini yerinə yetirməyən ABŞ və Avropa Birliyindən tələb etməlidir ki, nüvə silahlarını öz ehtiyatları hesabına geri qaytarsın. Putini yalnız nüvə silahı dayandıra bilər".
Azərbaycanda radikal müxalifət nümayəndələrinin Ukraynada baş verən hadisələrə yanaşma tərzinin qüsurlu olduğunu bildirən BAXCP sədrinin müavini siyasi yönümündən aslı olmayaraq, baş verən hadisəyə obyektiv qiymət verilməli olduğunu bildirib: "Ukraynada inqilab baş verəndə bizim bu "yetim müxalifət" bütün günü sevinirdi ki, bu ölkədə çevriliş olub. Bu adamlar yetim uşaqlar kimi qalıblar ortada . Ayda bir dəfə mövqelərini dəyişirlər. Onlar bir məqamı yaddan çıxartmışdılar ki, baş verən inqilab Rusiyaya qarşı idi və Rusiyanın adamı olan Yanukoviçi ölkədən qovublar. Sizlər isə 2013-cü ildə Rusiyanın layihəsində Rüstəm İbrahimbəyov-Cəmil Həsənli namizədi ilə hakmiyyətə gəlmək istəyirdiniz. İndi Rusiyanın məğlub olmasına niyə sevinirdiniz? Əksinə, sizlər kədərlənməli idiniz. İndi isə, özlərini Qərbpərəst, Amerikapərəst adlandırırlar. Yenə də yanlış siyasət aparırlar. Görmürlər ki Qərb və ya ABŞ Ukraynada hansı mövqeyi tutub? Bir daha əminliklə deyirəm ki, Qərbin və ya Avropa Birliyin etdiyi inqilablar xalqlara faciə gətirir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB