Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyi məlum olub. Bu barədə SİA-ya açıqlama verən parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, martın 14-də keçiriləcək iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Onun sözlərinə görə, gündəliyin ilk məsələsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il üçün fəaliyyəti haqqında illik hesabatı olacaq: "İclasda həmçinin Cinayət və Cinayət-Prosessual Məcəlləsi, eyni zamanda "Terrorçuluğa qarşı mübarizə haqqında" qanun layihəsində dəyişikliklərin edilməsinə baxılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB