Mais Səfərli: “Arif Hacılı və Gülağa Aslanlı çox yersiz hərəkət ediblər”

Mais Səfərli: “Arif Hacılı və Gülağa Aslanlı çox yersiz hərəkət ediblər”

"Arif Hacılı və Gülağa Aslanlının Ukraynaya getmək istəməsi çox yersiz, lazımsız işdir. Onlar hər zaman belə boş işlərlə məşğul olurlar". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlının Ukraynaya baş tutmayan səfərlərinə münasibətində söyləyib.

Mais Səfərli, qeyd edib ki, Arif Hacılı və Gülağa Aslanlı siyasi şou göstərirlər: "Bu insanlar siyasi şou göstərərək gündəmdə qalmağa çalışırlar. Onların bu cür yersiz hərəkətləri, addımları dəfələrlə təkrarlanır".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə