Ermənistanın Epress.am saytı: “Ermənistanda məmur özbaşınalığına qarşı kütləvi etiraz aksiyası keçirilib”

Ermənistanın Epress.am saytı: “Ermənistanda məmur özbaşınalığına qarşı kütləvi etiraz aksiyası keçirilib”

"Ermənistanda məmur özbaşınalığına qarşı kütləvi etiraz aksiyası keçirilib". Bu haqda SİA Ermənistanın Epress.am saytına istinadən xəbər verir. Məlumata əsasən, ötən gün Ermənistanın Vardenis şəhərinin sakinləri şəhərə yeni təyin edilmiş polis idarəsinin rəhbəri Valeriya Baqyanın vətəndaşlara qarşı zor tətbiq etməsinə görə etiraz aksiyası keçiriblər.

Etirazçılar erməni saytına bildiriblər ki, Ermənistanda məmur özbaşınalığı baş alıb gedir: "İnsanların hüquqları pozulur. Demək olar ki, hər gün günahsız insanların evinə zorla daxil olur, nə isə axtarırlar. Hətta bir neçəsini tutub, polis bölmələrinə aparırlar. Burada yaxınlıqda Sotk adlı qızıl bulaq var. Kənd camaatı oradan qızıl əldə edir. Düzdür, biz onu aparıb satıb, evə çorək alırıq. Amma bunu etməsək, yaşamaq mümkün olmaz. Çünki Ermənistanda vəziyyət çox acınacaqlıdır. Bu cür təzyiqlər də olduğu üçün vəziyyət daha da ağırlaşır. Biz necə yaşayaq? Axı biz də canlıyıq! Yaşamaq istəyirik və yaşamalıyıq. Lakin Ermənistandakı şərtlər altında bu mümkünsüzdür".

Etirazçılar iş yerlərinin açılmasını tələb ediblər: "Biz təqsirkarıq ki, iş yerləri yoxdur? Hakimiyyət Ermənistanda olan zavod və fabrikləri yeyib. İndi biz nə edək? Biz kəndlilər əkinçiliklə birtəhər yaşayırdıq. Amma o torpaqları da xaricilərə satıblar. Biz ya iş yerləri açılmasını, ya da bizə Ermənistanı birdəfəlik tərk etməyimiz üçün biletlərin verilməsini tələb edirik".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə