Eurovision-2014 mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənni müəyyən edilib

Eurovision-2014 mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənni müəyyən edilib

İTV telekanalının efirində Azərbaycanın Eurovision-2014 mahnı müsabiqəsindəki təmsilçisinin adı açıqlanıb.

Mahnı müsabiqəsində Azərbaycanı Eurovision-2014 üçün milli seçim turu olan Böyük Səhnə beynəlxalq televiziya şousunda qalib gələn Dilarə Kazımova təmsil edəcək.

D. Kazımova mayın 6-da Kopenhagenin B&W Hallerne arenasında Eurovision mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq. Müğəninin hansı mahnı ilə yarışmaya qatılacağı martın 15-nə kimi açıqlanacaq.

D. Kazımova solo karyerası və musiqi qruplarının tərkibində çıxış etmək təcrübəsi olan gənc müğənnidir. O, 2 dəfə Azərbaycanın Eurovision üçün milli seçimlərində iştirak edib və hər iki halda öz yerini yalnız qalibə təhvil verib.

Azərbaycanın Eurovision-2014 üçün milli seçimlərinin qalibini yerli və xarici ekspertlər, musiqi, şou-biznes və televiziya peşəkarlarından ibarət münsiflər heyəti müəyyənləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə