Siyavuş Novruzov: “Tağı Əhmədovu işgüzar və peşəkar kimi tanıyıram”

Siyavuş Novruzov: “Tağı Əhmədovu işgüzar və peşəkar kimi tanıyıram”

"Tağı Əhmədovu işgüzar və öz işinin peşəkarı kimi tanıyıram". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Media forum" saytına açıqlamasında deyib.

Siyavuş Novruzov bildirib ki, Tağı Əhmədov YAP-da da vəzifə tutur, partiyanın Yasamal rayon təşkilatının sədr müavinidir: "Partiyanın bütün tədbirlərində fəal iştirak edir. Öz sahəsində fəhləlikdən rəisliyə kimi yüksəlib, buna zəhməti və işgüzarlığı ilə nail olub".

Son zamanlar metrodakı vəziyyətdən narazılığın artmasına gəlincə, Siyavuş Novruzov deyib: "Dünyanın istənilən ölkəsində nəqliyyatın müxtəlif növlərindən həm razı, həm də narazı olan insanlar var. Bu məsələyə hər kəs bir formada yanaşır".

Tağı Əhmədovun vəzifədən çıxarılması üçün ciddi əsasların olub-olmadığına gəlincə, YAP icra katibinin müavini deyib ki, bu, prezidentin səlahiyyətinə aid məsələdir: "Hər bir məsələ araşdırılandan sonra qərarlar qəbul edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə