Leyla Qarayeva: “Gün ərzində 530-580 insan xəstəxanamızda müayinədən keçir”
"Hər poliklinikanın yerləşdiyi ərazinin öz əhalisi var və biz hər zaman əhaliyə davamlı şəkildə tibbi xidmət göstəririk". Bu fikirləri SİA-ya açıqlamasında 18 saylı Bakı Şəhər Xəstəxanasının baş həkimi Leyla Qarayeva Prezident İlham Əliyevin əhalinin müayinədən keçməsi ilə bağlı verdiyi tövsiyələrə münasibətini bildirərkən deyib.
"Ərazidə insanları müayinə edərkən ilkin aşkar edilən xəstəlikləri hər zaman diqqətdə saxlayırıq" - deyən baş həkim onu da qeyd edib ki, 18 saylı Bakı Şəhər Xəstəxanası adətən, il ərzində əhali arasında müayinələr aparır və dövlətin bu istiqamətdə atdığı addımlar davamlı şəkildə dəstəklənir: "Ölkə başçısı Cənab İlham Əliyevin əhalinin pulsuz tibbi müayinəsi ilə bağlı tövsiyələri hər bir tibb işçisi tərəfindən yüksək qiymətləndirilir. İnsanların özünə qarşı müəyyən səhlənkarlıqlarının qarşısının alınması üçün Cənab Prezidentin qərarı vaxtında verilmiş oldu. Əhalinin nəzərinə çatdırırıq ki, bir çox xəstəliklər vaxtında aşkarlanarsa, həmin xəstəliklərin qarşısının alınması da asan olar".
Leyla Qarayeva həmçinin qeyd edib ki, əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası respublikamızın hər yerində həyata keçirilir. Ölkə rəhbərinin tövsiyəsindən sonra 18 saylı Bakı Şəhər Xəstəxanasında işlər tam normal şəkildə aparılır: "Hazırda gün ərzində 530-580 insan xəstəxanamızda müayinədən keçir və bu istiqamətdəki fəaliyyətimiz uğurla davam edir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB