Con Kerri: “Hər gün zorakılığa məruz qalan suriyalılara dəstək verilsin”

Con Kerri: “Hər gün zorakılığa məruz qalan suriyalılara dəstək verilsin”

Suriyada Bәşәr Əsəd rejiminә mәnsub hәrbi qüvvәlәrin әmәliyyatları davam etdiyi bir zamanda BMT mühasirә altında olan Homs şәhәrindәn dinc sakinlәri evakuasiya etmәyə başlayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Suriya müxalifəti ilə hökumət nümayəndələri arasında baş tutan Cenevrə-2 müzakirәlәrinin ikinci mәrhәlәsindә dә nəticə uğurlu olmadı.

BMT və Ərəb Birliyinin Suriya üzrә xüsusi nümayəndəsi Əl-Ahdar əl-İbrahiminin başçılığı ilә aparılan danışıqlarda tərəflər tələblərindən güzәşdә olmadığı üçün razılaşma əldə edilmədiyini bildiriblər. Buna hökuməti tәmsil edәn nümayәndә heyәtinin keçid hökuməti mövzusunu müzakirә etmәyә yanaşmaması әsas sәbәb olaraq göstәrilir.

Əl-İbrahimi danışıqlarda irəliləyiş olmaması sәbәbindәn Suriya xalqından üzr istəyib. Suriyadakı böhran ABŞ prezidenti Barak Obama ilә İordaniya Kralı Abdullah arasında baş tutan görüşdә dә müzakirə edilib.

Obama Suriya mәsәlәsinә qısa müddәtdә siyasi həll yolu tapmanın mümkün olmadığını Bәşәr Əsədi iqtidardan uzaqlaşdırmaq üçün yeni addımlar atmağa zәrurәt olduğunu vurğulayıb.

ABŞ dövlәt katibi Con Kerri də Çinə etdiyi sәfәri zamanı müasir dünyaya çağırış edib ki, hər gün zorakılığa məruz qalan suriyalılara dəstək verilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə