BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının SİA-ya verdiyi müsahibəni təqdim edirik
- Niyaməddin bəy, Əli Kərimlinin məram və məqsədini anlamyan gənclərdən istifadə etməyə çalışması hansısa xarici qüvvələrin layihəsi ola bilərmi?
- Əli Kərimli xarici qüvvələr qarşısında öhdəliklər götürdüyü gündən indiyə qədər etirazçı gəncləri öz tərəfinə çəkmək təşəbbüsü ilə çıxış edib. Bütün fəaliyyətini də buna yönəldib. O, bir neçə gənci bu siyastinin qurbanı edib. Əli Kərimli Ruslan Bəşirlini 7 il həbsxanaya göndərib və bu illər ərzində bir dəfə də olsun Ruslan Bəşirlini türmədə ziyarət də etmədi. Bu adam hakmiyyətə gəlmək üçün Avropa Komissyasında çıxış edib bildirmişdi ki, Qafqazda sülhün təminatı Azərbaycanla Ermənistanda müxalifətdə olan qüvvələrin hakmiyyətə gəlməsidir. Yəni göründüyü kimi Əli Kərimli beynəlxalq təşkilatlara deyirdi ki, məni hakmiyyətə gətirin, mən Dağlıq Qarabağ problemini ermənilərin xeyirinə həll edim və istənilən öhdəliyi yerinə yetirim. Belə bir adamdan gəncləri öz çirkin siyasətində istifadə etməsi adı qarşılanmalıdır. Yəqin yenə də özünü "lider" kimi göstərmək üçün aldadılmış gənclərdən istifadə etmək istəyir. Həmin gənclərə demək istəyirəm ki, siz baxın görün Ruslan Bəşirli türmədən çıxan kimi Əli Kərimlinin yanınamı qayıtdı? Niyə qayıtmadı? Bütün bunlardan nəticə çıxarın.
- Sizcə, nəyə görə müxalifət liderləri daha çox gənclərdən istifadə etməklə ölkədə qarşıdurmalar və iğtişaşlar törətməyə meyil göstərirlər?
- Bu, əslində onların gənc olmasından irəli gəlir. Çünki onların siyasi dünyagörüşü zəngin olmur. Siyasi təcrübəsi az olur və bu baxımdan həmin dağıdıcı müxalifət liderləri bu cür gənclərdən istifadə edirlər. Gənclər həm də enerjili olurlar və istənilən vaxt onların bu enerjisindən istifadə edə bilirlər. Qarşıdurma və iğtişaşlar törətməklə, ölkədə xaos yaradıb, daha çox insanları küçələrə çıxartmaq istəyirlər. Hesab edirlər ki, bu yolla bunlar hakmiyyətə gələ bilərlər. Seçki yolu ilə hakmiyyətə gələ bilmirlər. Seçkidə bunlara ölkənin 5% -dən yuxarı vətəndaşı səs vermir. Hətta bu 5% belə bunların keçirtdikləri icazəli mitinqlərə belə gəlmirlər. 20 ildir ki, seçki bitər-bitməz bir-birilərinə qarşı təhqirlər yağdırırlar. Əli Kərimli İsa Qəmbəri aşağılamaq kampaniyası aparır.
- Eldar Namazovun ABŞ səfirliyinə tez-tez gedib-gəlməsi səfirlikdən hansısa təlumatlar alması ilə bağlı ola bilərmi?
- Eldar Namazovun ABŞ səfiri ilə görüşməsini məqsədli şəkildə mətbuatdan şişirdirlər. Bunu da edən elə məhz E.Namazovun özüdür. Bu günlərdə mətbuatdan oxudum ki, ABŞ səfirinin nümayəndələri Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevlə də görüşüblər. Eldar Namazov müxalifətin lideri deyil, o, ölkə miqyasında da bir o qədər də məşhur adam deyil. Yəni sadə kütlə və heç bir siyasətlə məşğul olmayan vətəndaşarımız belə Eldar Namazovun kim olduğunu bilmir. Xarici təşkilatlar, o cümlədən ABŞ səfiri də bütün bunları yaxşı bilir. 15 ildən artıqdır ki, E.Namazov hakmiyyətə müxalifətlik edib və indiyə kimi də özünə normal bir partiya da qura bilməyib. Bir sözlə, onu geniş potensiallı siyasətçi hesab etmirəm.
- Eldar Namazovun həbsdə olan Əli İnsanova yaxınlaşması onun Rüstəm İbrahimbəyovu Əli İnsanovla əvəzləməsi kimi dəyərləndirmək olarmı?
- Eldar Namazov uzun illərdir yaxşı münasibətdə olduğu Əli Kərimlidən imtina edib . Elə bu səbəbdən idi ki, o, "Milli Şura"dan istefa verdi. Bir vaxtlar E.Namazov Əli Kərimli ilə hakmiyyət arasında körpü rolunu oynayırdı. Hakimiyyət E.Namazov vasitəsi ilə Əli Kərimlini özünə işlədirdi. Bunu çox adam bilir. Görünür, indi E.Namazov Əli Kərimlinin əvəzinə özünə yeni müttəfiq axtarır və buna görə də Əli İnsanovla yaxınlıq edir. Rüstəm İbrahimbəyov isə E.Namazov üçün bir vasitə idi. Çoxları düşünürdü ki, Rusiyanın təsiri ilə bunlar hakimiyyətə gələcəklər. Sonradan gördülər ki, R.İbrahimbəyov Don Kixotluq edirmiş...
Gülyanə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB