Birmingem Universitetinin internet jurnalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yerləşdirilib
Böyük Britaniyanın Birmingem Universitetinin dövlət idarəçiliyi fakültəsində təhsil alan azərbaycanlı tələbə Savalan Süleymanlının "Münaqişələr mədəni irsə necə təhlükə yaradır: Dağlıq Qarabağ münaqişəsinin acı gerçəkləri" adlı məqaləsi bu nüfuzlu ali təhsil ocağının 11 dildə yayımlanan internet jurnalında yerləşdirilib.
Müəllif Dağlıq Qarabağ probleminə beynəlxalq hüquq, ümumbəşəri dəyərlər və insan haqları kontekstində yanaşıb. S.Süleymanlı ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və beynəlxalq birliyin bunu belə qəbul etdiyini diqqətə çatdırıb.
Məqalə Birmingem Universitetinin tarixində ilk dəfə olaraq Dağlıq Qarabağın işğalı və mədəni dəyərlərin məhv edilməsi faktına belə realist münasibətin bildirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB