Prezident İlham Əliyevin sədrliyi ilə konfrans keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə konfrans keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilib. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev konfransda iştirak edib.

Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış ediblər.

Azərbaycan Prezidenti konfransda yekun nitqi söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə