Təhmasib Novruzov: “it hürər, karvan keçər” AÇIQLAMA

Təhmasib Novruzov: “it hürər, karvan keçər” AÇIQLAMA

"Bu gün Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəsi təşkilatlarının əksəriyyəti ölkəmizin müstəqilliyi dövründə yaranıb. Buna nümunə kimi özünü Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri kimi adlandıran Leyla Yunusu, Hüquq Müdafiə Təşkilatları Monitorinq qrupunun üzvü Arzu Abdullayevanı və s. göstərə bilərik". Bunu SİA-ya Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov hüquq müdafiəsi təşkilatlarının ikili standartlığı ilə bağlı məsələləri şərh edərkən belə deyib.

"Məsələ ondadır ki, öz müstəqilliyini yenicə əldə etmiş Azərbaycana Avropa və digər Qərb dövlətləri müdaxilə etmək üçün müxtəlif variantlar axtarırdılar. Bunlardan biri də təbii ki, hüquq müdafiəsi adı altında ölkəmizin daxilinə sirayət etmək idi. Elə o zaman yaranan hüquq müdafiəsi təşkilatları da bu baxımdan Avropanın diqqətini cəlb etdi və onlara öz dəstəyini verdi. Heç kimə sirr deyil ki, bu gün də həmin dəstək davam edir. Əgər bu gün Leyla Yunus, Arzu Abdullayeva və digərləri Avropanın istəklərindən kənar fəaliyyət göstərsələr bu zaman onlara ayrılan qrantlar, vəsaitlər itirilə bilər. Məhz bu baxımdan həmin insanlar Avropanın mövqeyi ilə öz mövqelərinin üst-üstə düşməsinə çalışırlar.

Bu gün Avropanın daxilində Azərbaycanı istəməyən qüvvələr kifayət qədərdir. Beləcə, bu kimi hallar da ölkəmizin imicini, qazandığı uğurları gözdən salmağa hesablanıb. Bununla da onlar Azərbaycanın özlərindən asılı vəziyyətə salmağa çalışırlar. Amma məşhur bir el misalında deyildiyi kimi, "it hürər, karvan keçər" – deyə, T.Novruzov fikirlərini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə