Tərəflər birbaşa görüş keçirmək barədə razılıq əldə edib

Tərəflər birbaşa görüş keçirmək barədə razılıq əldə edib

"Suriyada toqquşan tərəflər birbaşa görüş keçirmək barədə razılıq əldə edib". SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Suriya müxalifəti və Dəməşq rəhbərliyi ilə görüşlər keçirən BMT-nin xüsusi nümayəndəsi Əl Ahdar Əl İbrahimi verdiyi açıqlamada bildirib. O, üzbəüz görüşlərin bu gün keçiriləcəyini qeyd edib.

Əl İbrahimi, Cenevrədəki BMT mərkəzində suriyalı heyətlərlə keçirdiyi görüşləri mətbuat toplantısında dəyərləndirib.

Cenevrə-2 konfransı çərçivəsində çoxlu sayda ölkə və beynəlxalq təşkilatın Montredə bir araya gəldiyini xatırladan İbrahimi, suriyalı müxalifət və Suriya iqtidarının heyətləri ilə də ayrı-ayrı görüşlər keçirdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə