Əhməd Oruc: “Milli Şuraya inananların bütün ümidləri öldü”

Əhməd Oruc: “Milli Şuraya inananların bütün ümidləri öldü”

Hamımız şahidik ki, Milli Şuradan çox saylı istefalar oldu. Bu qurum biabırıçı vəziyyətə düşdü. Sarsıldı, parçalandı. Onlara inananlarında bütün ümidləri öldü". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc söyləyib.

Partiya sədri həmçinin onu da qeyd edib ki, Milli Şuranın 2015-ci ildə keçiriləcək parlament seçkilərindən danışması çox gülüncdür: "Milli Şura bu cür biabırçı vəziyyətdə parlament seçkilərindən danışırsa bu çox gülüncdür. Bu qurumun 2015-ə qədər qalacağını demək də çətindir. Onlar hansı uğurdan danışa bilərlər?!".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə