Tural Abbaslı: “Azadlıq” qəzeti bolşevik fəaliyyətindən əl çəkməlidir”
"Azadlıq" qəzetində Müsavat partiyası haqqında təhqiredici yazıların dərc olunması artıq sistemli şəkildə aparılır. Bunun arxasında bəlli iyrənc niyyətlərin dayandığı da məlumdur. Onlara məsləhət görərdim ki, bolşevik fəaliyyətdən əl çəksinlər". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı "Azadlıq" qəzetində dərc olunmuş "Müsavat görkəmli ziyalıları hədəfə aldı" başlıqlı məqaləyə münasibət bildirərkən söyləyib.
O, həmçinin qeyd edib ki, Müsavat partiyasının rəhbərliyi dediyi hər bir sözü düşünərək söyləyir və arxasında durmağı bacarır: "Partiya rəhbərliyi öz fikirlərinin arxasında durmağı bacarır və doğru qərarlar qəbul edir. Buna kənardan "Azadlıq" qəzetinin hansısa rəy bildirməsi maraqlı deyil".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB