"20 Yanvar hadisələri tariximizin unudulmaz qəhrəmanlıq səlnaməsidir"
"20 Yanvar hadisələri tariximizin unudulmaz qəhrəmanlıq səlnaməsidir. Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi. Xalqımızın azadlıq uğrunda apardığı mücadilə öz nəticəsini verdi. Uzun illər həsrətində olduğumuz müqəddəs arzuya, azadlığa qovuşduq". SİA-nın məlumatına görə, bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov 20 Yanvar faciəsi barədə danışarkən deyib.
Y.Mahmudov bildirib ki, 20 Yanvar faciəsində insanlar müstəqilliyimiz uğrunda şəhid olublar: "Bu gün müstəqil ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ona görə də, şəhidlərimiz ruhu rahatdır. Xalqımızın gözünü qorxutmaq, əzmini qırmaq üçün keçmiş imperiya rəhbərliyinin, xüsusilə də Mixail Qorbaçovun əmri ilə Azərbaycana sovet ordusunun nizami qoşun hissələri yeridilib, bunun nəticəsində 137 nəfər günahsız insan qətlə yetirilib, 700-dək adam ağır yaralanıb və xəsarət alıb. Azərbaycanın o dövrdəki səriştəsiz, bacarıqsız rəhbərləri isə faciənin qarşısını almaq, xalqı bu dəhşətli bəladan qurtarmaq əvəzinə, hakimiyyət uğrunda savaşa çıxmışdılar. Bir sözlə, Azərbaycan xalqı heç vaxt bu qanlı faciəni unutmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB