Tural Abbaslı: “Həm Natiq Ədilov, həm də AXCP rəhbərliyi Müsavat partiyasından üzr istəməlidir”

Tural Abbaslı: “Həm Natiq Ədilov, həm də AXCP rəhbərliyi Müsavat partiyasından üzr istəməlidir”

"Natiq Ədilovu ciddi insan kimi qəbul etmirik. Hamı nəyin necə olduğunu gözəl bilir. Hərənin özünün maraqları var. O, Müsavatçıları qaralamaq kampaniyasında fəal iştirak edir. Natiq Ədilov ola bilsin ki, öz yazdığına özüdə inanmır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının divan üzvü Tural Abbaslı AXCP sədrinin mətbuat katibi, "Azadlıq" qəzetinin köşə yazarı Natiq Ədilovun Rauf Arifoğlunun Əbülfəz Elçibəyi təhqir etməsi iddiasına münasibət bildirərkən söyləyib.

AXCP-Müsavat arasında davam edən gərgin münasibətlə bağlı fikir bildirən Tural Abbaslı, həmçinin qeyd edib ki, AXCP rəhbərliyi səhvlərini başa düşməli və üzr istəməlidir: "Həm Natiq Ədilov, həm də AXCP rəhbərliyi Müsavat partiyasından üzr istəməlidir. Çünki onlar Müsavata qarşı çox yalnış addımlar atıblar".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə