Novruz Aslan: “Bu il sənaye potensialının daha da güclənəcəyinə şübhəmiz yoxdur”
"Azərbaycanın iqtisadi inkişafı bütün dünyanın diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara uyğun olaraq iqtisadiyyatın bütün sahələrində mərhələli şəkildə köklü dəyişikliklər özünü göstərməkdədir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yüksək səviyyədə həyata keçirilməsi ilə regionlarla paytaxt arasındakı fərq minimuma endirilib. Əhalinin sosial rifah halı yaxşılaşdırılıb". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Novruz Aslan deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın hansı sahəsini inkişaf etdirmək zəruridirsə, hökümət tərəfindən ona uyğun olaraq da müvafiq addımlar atılır: "2013-cü ildə "İKT ili" çərçivəsində kosmik peykimiz fəzaya buraxıldı və bu il "Sənaye ili" çərçivəsində bir sıra yeniliklərin ediləcəyi də gözləniləndir. Bu ilin "Sənaye ili" elan edilməsi cəmiyyət tərəfindən müsbət qarşılandı. Çünki artıq neftdən asılılığı aradan qaldırmağın, qeyri-neft sektorunu inkişaf etdirməyin zamanıdır. Bu il sənaye potensialının daha da güclənəcəyinə şübhəmiz yoxdur".
Millət vəkili onu da qeyd edib ki, inkişaf etmiş ölkələrin sənaye sahəsindəki yeniliklərdən nümunə götürərək ölkəmizdə tədbiq etmək məqsədəuyğundur.
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB