“Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur” MÜNASİBƏT

BAXCP-nin sədr müavini: "O, terrorçudur və işinin öhdəsindən də məharətlə gəlir"
“Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur” MÜNASİBƏT

"Azərbaycan siyasi arenasında Əli Kərimli qədər yaxınındakılara, silahdaşlarına, tələbə və hərəkat yoldaşlarına xəyanət edən ikinci bir şəxs yoxdur". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı hesab edir ki, Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur: "Bu gün radikal müxalifətdə daxili münaqişənin kökü uzun illərə dayanır. Bunun da əsas mahiyyəti Əli Kərimli və İsa Qəmbərin bir-birinə olan patoloji nifrətidir. Hesab edirəm ki, hər iki şəxs haqqında mətbuatda gedən yazılar reallığı əks etdirir".

BAXCP sədrinin müavini vurğulayıb ki, AXCP-ni sektaya çevirən Əli Kərimli müxalifətdə opponent hesab etdiyi şəxslərə qarşı Taliban metodlarından yararlanması onun mahiyyətindən irəli gəlir: "Bu adam bolşevik təfəkkürlüdür. Ona görə də lazım gələrsə, talibançı, terrorist və bolşevik də ola bilər. Onun həyat prinsipləri bunlara söykənir"

N.Orduxanlı qeyd edib ki, Ə.Kərimli uzun illərdir siyasi rəqiblərinə qarşı bolşeviklik edir: "Məhz bu xislətinə görə, o Əbülfəz Elçibəyə qarşı iyrənc kampaniya aparırdı və ölüm günü "Azadlıq" qəzetində təhqir olundu. Yəni hər kəs bilir ki, həmin illərdə Əli Kərimlinin redaktəsi olmadan heç bir yazı çıxa bilməzdi. Bunları deməklə bildirmək istəyirəm ki, Əli Kərimli Əbülfəz Elçibəyə qarşı mənəvi terror həyata keçirən şəxs olub. Yəni bu insan terrorçudur və işinin öhdəsindən də məharətlə gəlir.

Əli Kərimlinin radikal müxalifətə və ən böyük xəyanətlərə düçar etdiyi şəxsin İsa Qəmbər olduğunu deyən BAXCP sədrinin müavini vurğulayıb ki, bu gün "Milli Şura" daxilində baş verən parçalanmalara da məhz o səbəb olur: "İsa Qəmbər Rüstəm İbrahimbəyovun "Milli Şura"nın "fəxri sədri" olmasına imkan vermirdi və qurumdan uzaqlaşmasını tələb edirdi. Amma Əli Kərimli Rüstəm İbrahimbəyovun "Milli Şura"nın "fəxri sədri" olmasını İsa Qəmbərə sürpriz etdi. Məqsəd də "Milli Şura"da əsas gücün Əli Kərimli olması fikrini cəmiyyətə "car çəkmək" idi. Bundan başqa Əli Kərimli ötən il keçirilən prezident seçkilərində İsa Qəmbərin "Milli Şura"nın vahid namizədi olmasına imkan vermədi. Bu hərəkəti ilə Əli Kərimli özünü kimlərəsə göstərməyə çalışırdı. Hesab edirəm ki, İsa Qəmbərin vahid namizəd olmamasına səbəbkar Əli Kərimli olub".

Bütün xəbərlər Facebook səhifəmizdə