Hafiz Hacıyev: “Bunların hər ikisi Azərbaycan cəmiyyətindən silinib-süpürülməlidir” AÇIQLAMA

Hafiz Hacıyev: “Bunların hər ikisi Azərbaycan cəmiyyətindən silinib-süpürülməlidir” AÇIQLAMA

"Bu gün Qəmbərov İsa ilə Kərimov Əlinin oynadığı oyun hələ də davam edir. Onlar hakimiyyətə qarayaxma, iftira atmaqla cəmiyyətə özlərini yaxşı göstərməyə çalışırlar". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Yeni Müsavat" qəzetinin yazarı Xalid Kazımlının öz silsilə məqalələrində AXCP sədri Əli Kərimlinin siyasi fəaliyyətini təftiş etməsinə münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, bu gün Kərimov Əli kimi simasızın, Qəmbərov İsa kimi satqının bir-birinə söz demələri onların gündəmdə qalmalarına hesablanıb: "Zamanı gələndə isə onlar yenidən barışacaqlar. "Yeni Müsavat" qəzetinin yazarı Xalid Kazımlının silsilə məqalələrində AXCP sədri Əli Kərimlini ifşa etməsini mən düz 10 il bundan qabaq demişəm. Kərimov Əli Azərbaycan xalqının adına layiq olmayan simasıdır. Bir sözlə, "ilanın ağına da lənət, qarasına da". Bunların hər ikisi Azərbaycan cəmiyyətindən silinib-süpürülməlidir. Buradan sual ortaya çıxır. Əgər Kərimov Əli hakimiyyət hərisi deyilsə, bəs niyə Əbülfəz Elçibəyi zəhərləyərək öldürüb? Hətta onun cinayəti Bakı şəhər Prokurorluğunda sübuta yetirilib. Mənim əsas missiyam radikal müxalifəti dağıtmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə