Rasim Müsabəyov: “Azərbaycan BMT TŞ-na üzvlükdən faydalı şəkildə istifadə edib” AÇIQLAMA
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi iki il müddətində dünya siyasəti mətbəxində böyük təcrübələr toplayıb və əlaqələr yaradıb". Bu sözləri SİA-ya politoloq, millət vəkili Rasim Musabəyov BMT TŞ-da qeyri daimi üzvlüyümüzün ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, bu hadisədən sonra əgər istəmədiyimiz halda Dağlıq Qarabağ münaqişəsinin həlli hərbi müstəviyə yönələrsə, o zaman BMT TŞ-ı buna reaksiya verməli olacaq.
Millət vəkili söyləyib ki, əgər danışıqlar prosesində razılıq əldə olunmasa, o zaman ölkəmiz hərbi müstəvidə orada topladığı təcrübə və əlaqələrdən də istifadə edə bilər: "İki ölkə arasında danışıqların heç bir nəticəsi olmazsa, o zaman biz öz müdafiə hüququmuzdan istifadə edərək BMT TŞ-dan ermənilərə təzyiq təşkil etmək məsələsindən istifadə edə bilərik. Bundan əlavə, əgər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən BMT Baş Assambleyasının gündəliyinə çıxarılarsa, düşünürəm ki, o zaman Azərbaycan daha geniş dəsətəyə malik olduğunu ortaya qoya bilər".
Politoloq söyləyib ki, ümumilikdə Azərbaycan qeyri-daimi üzv kimi bu iki ildən çox faydalı şəkildə istifadə edib: "Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan bu müddət ərzində heç bir səhvə yol verməyib. Bütün məsələlərdə öz prinsipal, düzgün mövqeyini nümayiş etdirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB