Yevda Abramov: “2013-cü il Azərbaycan xalqı üçün çox uğurlu və yaddaqalan oldu”

Yevda Abramov: “2013-cü il Azərbaycan xalqı üçün çox uğurlu və yaddaqalan oldu”

"Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra mühüm məsələlərə toxunub. Keçirilən müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti cənab prezidentin rəhbərliyi ilə daha bir uğurlu ilə imza atıb. 2013-cü il Azərbaycan xalqı üçün çox uğurlu və yaddaqalan oldu". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Yevda Abramov deyib.

Millət vəkili qeyd edib ki, 2013-cü ildə cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsi ilə yeni hədəflər müəyyənləşdirildi: "Bu baxımdan 2014-cü il "Sənaye ili" elan edildi. Əslində bu gözlənilən idi. Bunu aparılan düzgün siyasətin təzahürü adlandırıram. Çünki Azərbaycanın bütün bölgələri iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada abadlıq, quruculuq işləri getməsin, yeni sənaye müəsisələri açılmasın. Ölkə başçısının tapşırığı ilə hər bir rayonun iqlim xüsusiyyətləri nəzərə alınaraq dövlət proqramının hazırlanması üçün göstərişlər verilib. Regionların iqtisadi parametrlərinin təyin edilməsi ilə ona uyğun sənaye və yaxud aqrar sahə inkişaf etdirilməlidir. Bu baxımdan cənab prezident müvafiq orqanlara göstərişlər verdi".

Yevda Abramov onu da vurğulayıb ki, bu gün hökumətin qarşısında duran ən əsas vəzifə gənclərin işsizliyinin təmin edilməsidir: "Bölgələrdə gənclərin işlə təmin edilməsi vacib məsələlərdəndir. Bu baxımdan hər kəsin işləyə biləcəyi müəsisələrin tikilməsi nəzərdə tutulur".

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə