Latviya Seyminin deputatı: “Avromaydandakı vəziyyət daha mürəkkəbdir” EKSKLÜZİV

Latviya Seyminin deputatı: “Avromaydandakı vəziyyət daha mürəkkəbdir” EKSKLÜZİV

Rusiya deputatları Avromeydanda baş verənlərdə Kliçko və onun partiyasının təqsirkar olduğunu, həmçinin, Aİ və RF arasındakı qalmaqalın nə ilə nəticələnəcəyi haqda bildirdikləri fikirlərə Latviya Seyminin deputatı Boris Tsilaviç SİA-ya eksklüziv açıqlamasında öz münasibətini bildirib.

Onun sözlərinə görə bunu olduqca bəsitləşdirmək lazım deyil. Çünki bəsit olsaydı çoxdan öz həllini tapardı: "Düşünürəm ki, Avromaydandakı vəziyyət daha mürəkkəbdir və bunun üçün yetərli qədər əsas var. Ukrayna məsələsini daha da bəsit dormada ictimaiyyətə çatdırmaq və bunu siyasiləşdirmək istəməzdim. Bunu əvvəlcədən proqnozlaşdırmaq çox çətindir"".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə