Rüstəm İbrahimbəyov: “Müsavat Partiyası mənə qarşı kampaniya aparır” “Fəxri sədrlik”dən imtina edirəm"

Rüstəm İbrahimbəyov: “Müsavat Partiyası mənə qarşı kampaniya aparır” “Fəxri sədrlik”dən imtina edirəm"
Milli Şuranın keçmiş sədri, sonradan isə "fəxri sədr"i seçilən Rüstəm İbrahimbəyov bu tituldan imtina etmək qərarına gəlib. SİA-nın məlumatına görə, İbrahimbəyov sözügedən imtinasını qurum daxilində yaranmış böhranla əlaqələndirib.

"Fəxri sədr" adından imtina edən Rüstəm İbrahimbəyov xüsusilə, ona qarşı çıxış edən Müsavat Partiyasını destrukiv qüvvə adlandıraraq, həmin partiyanı və partiyanı dəstəkləyən ayrı-ayrı şəxsləri müxaifəti parçalamaqda ittiham etməyi də unutmayıb: "Milli Şuranı tənqid edənlər öz destruktiv hərəkətlərini bizim təşkilatın "sıralarının təmizliyindən" narahatlıqları ilə ört-basdır edirlər, lakin ardıcıl olaraq qurumun yaradılmasına, prezident seçkisində Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə necə mane olduqlarını unudurlar".

Rüstəm İbrahimbəyov bilavasitə Müsavat Partiyasını kəskin şəkildə suçlayaraq bunu ona qarşı apparılan kampaniya olduğunu iddia edib: "Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun "fəxri sədri" postundan imtina etməyi öz borcum hesab edirəm".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня