PA rəsmisi: “Azərbaycanın multikulturalist ənənələrə malik cəmiyyəti var”
"Azərbaycanın tolerant ölkə kimi multikulturalist ənənələrə malik cəmiyyəti var. Cənubi Qafqazda ən çox rus Azərbaycanda yaşayır və rus icması bu regionun ən böyük icması hesab olunur". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Azərbaycan dövləti ölkəmizdə yaşayan ruslar, ukraynalılar, belarusları, milli azlıqların digər nümayəndələrini bütün maddi-mənəvi dəyərlər, qanunlar qarşısında bərabər elan edib. Bununla belə Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət və izzət aşılayır, onlara xoş münasibəti təlqin və təbliğ edir. Məhz bu, Azərbaycan dövlətini digər dövlətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Ümummilli Liderimiz Heydər Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda yaşayan milli, dini azlıqlar, o cümlədən ruslar bizim milli varlığımız, milli sərvətimizdir".
Əli Həsənov deyib ki, bu gün də Azərbaycan dövlətinin yeritdiyi sosial siyasət bütövlükdə ona ünvanlanıb ki, dini və milli kimliyindən asılı olmayaraq, hər bir vətəndaş dövlət və qanunlar qarşısında özlərini bərabər hiss etsinlər: "Ayrı-ayrı postsovet məkanında yaşayan azərbaycanlılara isə eyni xoş münasibətlərlə davranılmır. Bəzən orada azərbaycanlıların milli vətəndaş hüquqları kobud şəkildə pozulur. Bəzən postsovet ölkələrində dövlət orqanları azərbaycanlılara qarşı ədalətsiz münasibəti təlqin və təbliğ edirlər. Bax bu anlamda Azərbaycan dövləti, cəmiyyəti digər dövlətlərdən, cəmiyyətlərdən xüsusi fərqlənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB