“Ölkə başçısı 10 il müddətində gördüyü işlərə görə “İlin adamı” adına layiq görülüb” MÜNASİBƏT
Geniş oxucu kütləsinə malik "Hind okeanının və Ərəb dənizinin səsi" (VİOAS) jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan edib. Jurnal bu münasibətlə cari ilin dekabr ayında dərc olunan xüsusi Milad nəşrini Azərbaycana həsr edib. SİA bununla bağlı media kapitanlarının fikirlərini öyrənib.
.jpg)
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Bu gün dünya qloballaşır və dünyada baş verən hadisələr harada məskunlaşmasından asılı olmayaraq, diqqəti cəlb edir. Beynəlxalq təşkilatların dünyada nüfuzu getdikcə artır. Dünyada ən nüfuzlu beynəlxalq təşkilatlardan biri BMT-dir ki, Azərbaycan da BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu prosses ölkəmizin tanınmasında böyük əhəmiyyətə malik olub. Təsadufi deyil ki, Asiya Sakit Okean hövzəsi ölkələrində də Azərbaycanın fəaliyyəti diqqətlə izlənilir. Biz bilirik ki, bu region hazırda dünyanının iqtisadi mərkəzidir. Bu mənada dünyada baş verən hadisələrin bu regionda izlənməsi və Azərbaycanın mövqeyini dəyərləndirilməsi ölkə başçısına verilən ədalətli və obyektiv bir qiymətdir.
Hər kəs görür ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Avropa qitəsi enerji təhlükəsizliyi ilə təmin olunur. Azərbaycan həmçinin Qərb dəyərlərinin Şərqə ötürülməsi prosesində də xüsusi rol oynayır. Bundan əlavə, islami dəyərləri mənimsəyən klassik Asiya ölkərindən fərqli olaraq, Qərb dəyərlərini Avropa dəyərləri ilə sintez etməyi bacaran "Azərbaycan modeli" yaranıb. Bütün bunlar Asiya ölkələri üçün maraqlıdır. Azərbaycan modeli Cənub Şərqi Asiya ölkələrində və klassik Şərqdə izlənir. Hesab edirəm ki, ölkə başçısının "İlin adamı" seçilməsi məsələsində bu faktorların da özünəməxsus rolu olub".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: "Son 10 ildə ölkə başçısının Azərbaycanın inkişafı istiqamətində gördüyü işlər istər ölkəmizdə, istərsə də ölkədən kənarda hamının qəbul etdiyi reallıqdır. Prezident İlham Əliyev indiki dövlət başçıları arasında gənc olmasına baxmayaraq, ən seçilən liderə çevrilib. Bu mənada VİOAS jurnalının Prezident İlham Əliyevi dünyada "İlin adamı" elan etməsi təbiidir. Ölkə başçısı yaxın regionda və digər ölkələrin liderləri arasında öz keyfiyyətləri ilə fərqlənir. Təsadüfi deyil ki, ölkə əhalisi bu il ölkəmizdə keçirilən prezident seçkilərində yekdilliklə ölkə rəhbərinə səs verərək, yenidən prezident seçdilər. Bu, hər siyasi liderə qismət olmayan bir hadisədir. Xalqın bu qədər istəyini qazanmaq çox çətindir. Bütün bunlara görə də ölkə rəhbəri "İlin adamı" adına layiq görülüb. Biz onu təbrik edirik".
.jpg)
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Cari ildə ölkə başçısına ikinci dəfə "İlin adamı" adının verilməsinin şahidi oluruq. Bütün bunlar dünyanın və dünya mediasının Azərbaycana olan marağını göstərir. Dünyanın ölkəmizə olan marağı hər kəsə məlumdur. Həmin maraqlar hətta beynəlxalq trubunalarda Azərbaycanın müdafiəsində də özünü göstərir. Təbii ki. bütün bunlar ölkə başçısına gördüyü işlərin nəticəsidir. Ölkə başçısının "İlin adamı" seçilməsi hadisəsinin arxasında mühüm məqamlar dayanır. Belə ki, dövlət başçısının 10 il müddətindən həyata keçirdiyi işlərə görə bu adı qazanması ədalətlidir. Bu illər ərzində Prezident İlham Əliyev ölkənin bütün sahələrində çox mühüm addımlar atıb.
Son hadisələrdən olan "Şahdəniz 2" layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, ölkə başçısının bu illər ərzində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gördüyü işlər münaqişənin sülh yolu ilə həll olunmasında sona qədər maraqlı olduğunu və problemin dünya qanunları səviyyəsində həll edilməsi üçün hər şeyə hazır olduğunu göstərir. Bu il ölkəmizdə keçirilən prezident seçkiləri xalqın ölkə rəhbərinə verdiyi dəyəri və qiyməti ortaya qoydu. Bütün bunlar ölkə başçısının "İlin adamı" seçilməsinə imkan verir. Bir sözlə, VİOAS jurnalının ölkə rəhbərini bu ada layiq görməsini məntiqli hesab edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB