"El" hərəkatı Müsavatın təklifini QƏBUL ETMƏDİ

"El" hərəkatı Müsavatın təklifini QƏBUL ETMƏDİ

Bu gün Eldəniz Quliyevin rəhbərlik etdiyi "Ziyalılar Birliyi"nin ofisində baş tutan "El" hərəkatı-Müsavat Partiyası arasındakı görüşdə yekdil rəyə gəlinə bilinməyib. SİA-nın məlumatına görə, görüşdə Müsavat Partiyası gələcək fəaliyyətdə "El" hərəkatına əməkdaşlıq təklifi etsə də ,qarşı tərəf bu təklifi yerində deyil, müzakirələr apardıqdan sonra dəyərləndirəcəklərini bəyan edib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da bunu inkar etməyib: "Yekun qərar verilməsi üçün "El" hərəkatının idarə heyətinin toplanması və təklifin müzakirəsi məqsədə uyğun sayılıb".

Qeyd edək ki, görüşdə Müsavat Partiyasından başqan İsa Qəmbər, Məclis sədri Arzu Səmədbəyli, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və başqan müavini Gülağa Aslanlı, "El" hərəkatından isə sədr Eldar Namazov, hərəkatın Ali Məclis sədri Eldəniz Quliyev, İdarə Heyətinin üzvləri Zəfər Quliyev və Köçəri Nağıbəyli iştirak ediblər.

Xatırladaq ki, görüşdən öncə hərəkatın Ali Məclis sədri Eldəniz Quliyev Müsavat Partiyasına mesaj göndərərək, Rüstəm İbrahimbəyovun Milli Şuradakı fəxri sədrlik məsələsinin müzakirə olunmayacağı xəbərdarlığını göndərmişdi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə