Milli Şuranın dünənki mitinqində maraqlı hadisə baş verib. Orada Cəmil Həsənlini yamsılayan plakatların ortaya qoyulub müzakirə olunması, daha sonra kimlərinsə qınağından sonra bu tipli plakatların yığışdırılması və müxalifətçilərin bir-biriləri ilə mübahisələri diqqət çəkirdi. Hadisələrdən biri məhz, Arif Hacılı ilə Əbülfəz Qurbanlı arasında yaşanan münaqişə idi.
Belə ki, A.Hacılı mitinqdə iştirak edən insanların azlığından şikayət edərək AXCP-ni günahlandırdı, dedi ki, "cəbhədən çox az adam gəlib".
Ə.Qurbanlı isə onun bu sözündən qıcıqlanaraq təklif etdi ki, cəbhəçilər və müsavatçılar barmaqla sayılsın, o zaman kimin haqqlı-haqsız olduğu bilinsin.
Nəticədə münaqişə yarandı. Onların ətrafında olan bir neçə müxalifətçi isə münaqişəyə etiraz əlaməti olaraq Milli Şuranın mitinqini tərk edib getdilər.
Göründüyü kimi, Milli Şura daxilində, eyni zamanda, Müsavatla AXCP arasında həmrəylik yoxdur və hadisələrin bu cür axarı belə bir vəziyyətin olmayacağına da işarə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB