İtaliyada fəaliyyət göstərən Neapol Federiko II Universitetində Azərbaycana həsr olunan təqdimat keçirilib. SİA-nın məlumatına görə, ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov tədbirdə Azərbaycan haqqında məruzə ilə çıxış edib. Səfir Azərbaycanın tarixi, dövlət quruluşu, ölkəmizdə həyata keçirilən daxili və xarici siyasət, Azərbaycan-İtaliya əlaqələrinin kökləri və müasir vəziyyəti barədə danışıb. Qeyd edilib ki, son illər ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda irimiqyaslı layihələr icra olunmaqdadır.
Cənubi Qafqazda və Xəzər regionunda müşahidə olunan inkişaf proseslərində Azərbaycanın aparıcı rolu xüsusi vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Vaqif Sadıqov problemin tarixi barədə iştirakçılara ətraflı məlumat verib. Səfir tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə çıxış edən Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) sədri və ASAIF-in aktiv üzvü Fərid Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edərək ölkəmizdə aparılan gənclər siyasəti, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbir çərçivəsində Vaqif Sadıqov universitetin rektoru Massimo Marrelli ilə görüşüb. Görüşdə səfir Azərbaycan ilə İtaliya arasında bir çox istiqamətlərdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, xüsusilə elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. O, Neapol Federiko II Universiteti ilə ölkəmizin ali təhsil ocaqları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İki ölkə arasında əlaqələrin inkişafından danışan M.Marrelli rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlığın qurulması istiqamətində işlərin görüləcəyini diqqətə çatdırıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB