Politoloq: “Bu münaqişə tək Azərbaycanın deyil, eyni zamanda Türkiyənin problemidir” AÇIQLAMA

Politoloq: “Bu münaqişə tək Azərbaycanın deyil, eyni zamanda Türkiyənin problemidir” AÇIQLAMA

"Hesab edirəm ki, regionda çox ciddi proseslər, hadisələr baş verir. Bu proseslər də qlobal dünya siyasətinin kontekstində araşdırılmalıdır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dekabrın 12-də Ermənistana edəcəyi səfərlə bağlı fikirlərini bildirərkən söyləyib.

Politoloqun sözlərinə görə, rəsmi Bakı olaraq biz Yaxın Şərq və genişləndirilmiş Afrika layihəsi çərçivəsində Türkiyənin rolunu və mövqeyini təhlil etməliyik: "Biz bilirik ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Təbii ki, bu müttəfiqliyinin güclənməsində ölkəmizin xüsusi rolu olub. Bu mənada hesab edirəm ki, Türkiyə heç bir zamanda dövlətimizin maraqlarını nəzərə almadan Ermənistan dövləti ilə hər hansı xüsusilə Dağlıq Qarabağla bağlı məsələdə loyal və yaxud birtərəfli mövqe nümayiş etdirməməlidir və etdirə bilməz. Türkiyə dövlətinin siyasətçiləri bunu istəsələr belə onlar öz xalqının iradəsindən ehtiyyat edərək bundan çəkinirlər. Düşünürəm ki, bu səfərdə konkret nəticələrin əldə edilməsi olduqca çətindir. Ümummiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı müzakirələrin aparılması da çox təəssüf ki, ciddi nəticələrə gətirib çıxaran sonluq olmayacaq. Biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha böyük ölkələr məşğul olurlar və onların hər birinin öz məqsədi var. Bu münaqişə tək Azərbaycanın problemi deyil, eyni zamanda Türkiyənin problemidir. Çünki Ermənistanın özü qardaş ölkəyə qarşı yaradılan bufer dövlətdir. Əgər nəzərə alsaq ki, işğalçı ölkə bu gün açıq şəkildə Türkiyəyə qarşı ərazi, soyqırım, təzminat və s. iddiası qaldırır ondan bu daha aydın başadüşüləndir".

Bütün xəbərlər Facebook səhifəmizdə