Siyavuş Novruzov: Azərbaycan vətəndaşları üçün yeni imkanlar açılacaq
"Azərbaycan AvroAtlantik məkanla mütəmadi olaraq əməkdaşlıq edib. Hesab edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejimin sadələşdirilməsi ilə bağlı sazişin imzalanması təqdirə layiqdir".
Bunu YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, sözügedən sazişin perspektivi haqqında danışarkən bildirib ki, bundan sonra Azərbaycan vətəndaşları üçün yeni imkanlar açılacaq.
YAP funksionerinin sözlərinə görə, Avropa vətəndaşlarının da Azərbaycanın turist mövqelərindən istifadə etməsi üçün imkanlar artacaq. "Bu baxımdan viza rejiminin yüngülləşdirilməsi olduqca müsbət bir addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB