Elçin Behbudov: “Leyla Yunusun verdiyi bəyanat, söylədiyi fikirlər absurddur”
"Leyla Yunusun siyasi məhbuslar və "Azadlıq" qəzetinin satışı ilə verdiyi bəyanat, söylədiyi fikirlər absurddur. Mən bir hüquq müdafiəçisi kimi bu cür şikayətlərlə rastlaşmamışam". Bu fikirləri SİA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda ölkədəki mühit Leyla Yunusun fikirlərini təsdiq etmir: "Ümumiyyətlə, mən özüm "Azadlıq" qəzetinin abunəçisiyəm və qəzet ətrafında söylənilən iddialarla rastlaşmamışam. "Azadlıq" qəzeti ətrafında bu qədər süni ajiotajın yaradılmasını da anlamıram. Qəzet dərc olunur və satışda da var".
Siyasi məhbus məsələsinə gəlincə isə Elçin Behbudov qeyd edib ki, o, qarşı tərəfin fikirlərini bölüşmür.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB