Asim Mollazadə: “Azərbaycanın Avropaya inteqrasiya proseslərində mövqeyi sabitdir”
"Azərbaycanın Vilnüsdə Şərq tərəfdaşlığı sammitində iştirak etməsi bizim üçün olduqca əhəmiyyətlidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
Onun sözlərinə görə, sammit artıq bəzi region dövlətlərində daxili çəkişmələrə səbəb olub: "Bütün sahələrdə zəif olan Ermənistanın bir müddət öncə Gömrük İttifaqına qoşulmaqla bağlı razılıq verməsi Aİ ilə münasibətlərini xeyli gərginləşdirdi. Rusiyanın sözü ilə hərəkət edən Ermənistanın belə bir qərar verməsi gözlənilən idi. Amma Ukraynanın Vilnüs sammitində assosiasiya sazişinin imzalamayacağı ilə bağlı verdiyi son qərar isə Aİ üçün vacib sayılırdı. Bu da onu göstərir ki, Rusiyanın razılığı olmadan Ukrayna öz gələcəyi ilə bağlı qərar vermək iqtidarında deyil. Ümumiyyətlə, postsovet ölkələrinin Avropaya inteqrasiyası məsələsi hər zaman Rusiyanın müqaviməti ilə qarşılanır".
Millət vəkili onu da qeyd etdi ki, digər postsovet ölkələrindən fərqli olaraq Azərbaycanın Avropaya inteqrasiya proseslərində mövqeyi sabitdir: "Bu gün Azərbaycan heç bir ölkənin təzyiqi altında hansısa məsələyə münasibət bildirmir. Sammit çərçivəsində viza rejiminin gündəmdə saxlanacağı və bu istiqamətdə müəyyən addımların atılması planlaşdırılır. Belə ki, alimlər, jurnalistlər, müxtəlif tədqiqatçılar və digər kateqoriyalı insanlar sadələşdirilmiş viza rejimindən azad oluna bilərlər. Gələcəkdə isə ümumiyyətlə viza rejiminin ləğv olunması gözlənilir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB