Seymur Orucov: "Bu sərəncamla müxalifətin mənfur fikirləri və planları alt-üst oldu"
"Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi hər zaman dövlətin diqqətində olub. Həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bu yubileylərin keçirilməsinə, M.Ə.Rəsulzadənin xatirəsinin anılmasına böyük diqqət yetirib. Cənab Prezidentin M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi Sərəncam da bir daha bunun sübutudur". Bu fikirləri SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib.
O, həmçinin bildirib ki, müxalifət nümayəndələri şəxsi mənafelərinə, məqsədlərinə görə, bu diqqət və qayğını görmək istəməyiblər: "M.Ə.Rəsulzadəyə qarşı heç bir diqqət göstərilmir, ona hörmətlə yanaşılmır" deyən insanlar bir daha özlərinin necə səhv düşündüklərini anlamalıdırlar. Bu sərəncamla müxalifətin mənfur fikirləri və planları alt-üst oldu".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB