Əhməd Oruc: “Hesab etmirəm ki, İsa Qəmbər və Müsavat Partiyası olmasa faciə baş verər”

Əhməd Oruc: “Hesab etmirəm ki, İsa Qəmbər və Müsavat Partiyası olmasa faciə baş verər”
"Müsavatın qurultayının həddindən artıq uzanması yalnız siyasi gündəmdə qalmaq üçündür". SİA-nın məlumatına görə, "Azadıq" Partiyasının sədri Əhməd Oruc Müsavat Partiyasında yaşanan mövcud problemlərə münasibət bildirərkən deyib.

Ə.Orucun fikrincə, bu məsələ zaman-zaman qabardılır və Müsavat rəhbərliyi istəsəydi indiyə qədər qurultay keçirərdilər: "İsa bəyin başqanlıqdan getməyinə gəlincə isə, onun liderliyi altında proses uğur qazanmır. O özü başa düşməlidir ki, 20 ildir onun liderliyi altında heç bir uğur qazanılmır, əksinə uğursuzluqlar olur. Eynilə hesab etmirəm ki, İsa Qəmbər və Müsavat Partiyası olmasa faciə baş verər. Bu hay-küyü gündəmdə qalmaq üçün vasitə hesab edirəm".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня