SHMİ: “Bizim idarəyə PirAllahı, Xəzər, Qaradağ rayonlarından şikayətlər daxil olur” AÇIQLAMA

SHMİ: “Bizim idarəyə PirAllahı, Xəzər, Qaradağ rayonlarından şikayətlər daxil olur” AÇIQLAMA

"Bizim idarəyə əsasən PirAllahı, Xəzər, Qaradağ və s. rayonlardan daha çox şikayətlər daxil olur". Bunu SİA-ya açıqlamasında Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin (SHMİ) rəisi Əhməd Məmmədov son günlər şəhər sakinlərinin sahibsiz heyvanların hücumuna məruz qalması məsələsinə münasibət bildirərkən deyib.

İdarə rəsisinin sözlərinə görə, SHMİ mütəmadi olaraq sahibsiz heyvanların zərərsizləşdirilməsi istiqamətimdə işlərini davam etdirir: "Amma biz zərərsizləşdirilən sahibsiz heyvanların statistik göstəriciləri barəsində heç kimə məlumat vermirik. Biz bu işləri nəzarət altına götürərək sonradan onun həlli istiqamətində öz səylərimizi göstəririk. Sahibsiz heyvanların zərərsizləşdirilməsi istiqamətində 12 rayona 12 briqada ayrılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə