Musa Qasımlı: “Görüş Azərbaycan dövlətinin mətbuata və jurnalistlərə qayğısının bir nümunəsidir” MÜNASİBƏT

Musa Qasımlı: “Görüş Azərbaycan dövlətinin mətbuata və jurnalistlərə qayğısının bir nümunəsidir” MÜNASİBƏT

"Ötən gün ölkə başçısı ilə mətbuat nümayəndələri arasında keçirilən görüş Azərbaycan dövlətinin mətbuata və jurnalistlərə qayğısının bir nümunəsidir" . Bu sözləri millət vəkili Musa Qasımlı SİA-ya açıqlamasında deyib. Görüşdə iştirak etdiyini deyən millət vəkili görüşün səmimi keçirildiyini xüsusi vurğulayıb.

Görüşdə Prezident İlham Əliyevin mətbuatla bağlı səsləndirdiyi fikirlərdən sitat gətirən millət vəkilinin sözlərinə görə, jurnlistlərin öz fikirlərini sərbəst şəkildə söyləməsi və prezidentin onlara dərhal reaksiya verərək müsbət münasibət bildirməsi Azərbaycan jurnalistikasının inkişafına kömək edəcək: "Ölkə başçısı ötən gün keçirilən görüşdə mətbuatla bağlı müsbət fikirlər səsləndirib. Prezident İlham Əliyev görüşdə bildirib ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuat böyük rol oynayıb. Ölkə başçısı həmçinin onu da qeyd edib ki, media nümayəndələri sosial problemlərin həllində Azərbaycanın öncül yerlərində dayanır. Bir sözlə, ötən günkü görüş Azərbaycan jurnalistlərini daha məsuliyyətli olmağa, fəal işləməyə, ədalətli mövqe tutmağa çağırdı".

Ölkə başçısının media sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan M. Qasımlı bildirib ki, cari ildə jurnalistlərin evlə təmin olunması Prezident İlham Əliyevin media sahəsinə göstərdiyi qayğının əsas göstəricisidir: "İndiyə kimi heç bir ölkədə jurnalistə dövlət tərəfindən mənzil verilməyib. Jurnalistlərə mənzillərin verilməsi, ölkəmizdə və dünyada bir ilkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə