“Ermənistanda mitinq iştirakçılarına ruhi xəstə diaqnozu qoyulur”
5 noyabrda Ermənistanda keçirilən mitinq iştirakçılarına ruhi xəstə diaqnozu qoyulub. Bu haqda SİA Ermənistanın "Haykakan Jamanak" nəşrinə istinadən xəbər verir. 33 yaşlı Anuş Qriqoryan adlı mitinq iştirakçısının vəkili Lyudviq Avitisyanın sözlərinə görə, müdafə etdiyi şəxs ruhi xəstə diaqnozu ilə ruhi əsəb dispanserinə yerləşdirilib.
Məlum olub ki, mitinq iştirakçısı şizofreniya xəstəliyindən əziyyət çəkən ikinci qrup əlil imiş. Daha sonra məlum olub ki, bu dioqnoz ilə çox sayda erməni gənci hərbidən də azad edilir.
Qeyd edək ki, 5 noyabrda Ermənistanda acınacaqlı həyatdan imtina edərək yeni və yaxşı yaşam tələb edərək aksiya keçirilmişdi. Aksiya polisin müdaxiləsi ilə yatırılmışdı. Nəticədə 38 adam həbs edilmişdi. Həbs edilənlərin 10 nəfəri artıq ruhi xəstə diaqnozu ilə ruhi əsəb dispanserinə yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB