Ermənistanın eks deputatı və ombudsmanı Larisa Alaverdiyan keçirdiyi mətbuat konfransında çıxışı zamanı Ermənistanın müstəqil xarici siyasət yürütməli olduğunu bildirib. SİA-nın məlumatına göeə, bu haqda Ermənistanın News.am saytı xəbər verir.
O, bu sözləri Ermənitanın məcburi şəkildə Gömrük İttifaqına üzvlüyü və Qərbdən imtina etməsi ilə əlaqələndirib: "Bizi hər yaxınlaşmada yalnız məğlubiyyət gözləyir. Çünki özümüzün yeritdiyimiz müstəqil xarici siyasi kursumuz yoxdur. Bu baxımdan, mən 102-ci rus hərbi bazasının polkovnikinin "Azərbaycan müharibəni başladığı təqdirdə biz avtomatik müdaxilə edəcəyik" kimi bəyanatını rədd edirəm. Bu, Ermənistanın müstəqil siyasi kursunun olmamasından xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB