QHT-lərin siyasi fəaliyyətlə məşğul olması yolverilməzdir MÜSAHİBƏ

QHT-lərin siyasi fəaliyyətlə məşğul olması yolverilməzdir MÜSAHİBƏ

Müsahibimiz "Zəngin Azərbaycan Uğrunda Mübarizə" İctimai Birliyinin sədri, Milli QHT Forumunun İdarə Heyətinin üzvü İradə Əliyevadır:

- İradə xanım, məlumdur ki, ölkə qanunvericiliyinə əsasən QHT-lər siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Lakin bəzi QHT-lər var ki, siyasi fəaliyyətlə məşğul olurlar. Onların bu fəaliyyətinin arxasında hansı məqsədlər durur?

- Bu ölkəmizin vətəndaş cəmiyyəti üçün mühüm və maraqlı mövzulardan biridir. Əlbəttə, QHT-lər siyasi fəaliyyətlə məşğul olmalı deyil. Bu qanuna ziddir. Təbii ki, QHT-lərin bəlli bir məqsədi, məramı, fəaliyyəti var. Hamıya o da məlumdur ki, dövlət tərəfindən QHT-lərə dəstək yüksək səviyyədədir. Bu dəstəyi QHT-lər hiss edir, görür. Azərbaycanda fəaliyyət göstərən QHT-lər dövlətin göstərdiyi bu qayğıdan, yaratdığı imkandan yararlanırlar. Qeyd etdiyiniz kimi, bəzi QHT-lər var ki, onlar siyasi fəaliyyət göstərirlər. Bu isə anormal haldır və yolverilməzdir. Qanundan kənar işlər görən bu QHT-lərin məqsədi dövlətin, xalqın mənafeinə uyğun gəlmir.

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mövcuddur. Lakin məlumdur ki, siyasiləşmiş QHT-lər bu Şura ilə əməkdaşlıq etmirlər. Onlar ölkmizin inkişafını istəməyən bəzi xarici təşkilatlarla əməkdaşlıq edirlər...

- Belə QHT-lərin xüsusi şəffaf olmayan məqsədləri var. Onlar ölkəmizi sevməyən xarici təşkilatlarla əməkdaşlıq edirlərsə, deməli, özləri də ölkənin inkişafını istəmirlər. Belə QHT-lər isə öz niyyətlərinə çatmazlar. Bu mümkün deyil. Çünki məlumdur ki, Azərbaycan durmadan, sürətlə inkişaf edir. Bəzi siyasiləşmiş QHT-lər isə bu inkişafa ləkə vurmaq üçün belə bir yol tuturlar. Onların bu istəkləri reallaşan deyil.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə